Tanrının “2″ qiyməti

Yüksəklikdən qorxmadığını dəfələrlə sübut etmişdi. Hələ bir dəfə də yüksəklikdən aşağı baxmağın zövqlü və zövqsüz tərəfləri haqqında məqalədə yazmışdı.
Çox da xoşagəlimli olmasa da hər kəsin gözü üzərində idi. Küçədə, onun getdiyi istiqamətlərdə elə bir adam olmazdı ki, bircə dəfədə olsun ona baxmasın. Əvvəllər ona zillənən gözlərdən, gülüşlərdən, atmacalardan yorulsada zamanla belə hallara alışdı, bir növ arsızlaşdı. Üzünə zillənən kişi baxşılarını gördükcə gözəl olmadığı üçün heyifsilənməməy başaldı. Davamını oxu »

Bu yazı 122 dəfə oxunub

İmarət: “Yuxu metaforası”

Yenə də yuxu gördüm
sobanın kənarındakı yumşaq kreslonun içində,
yuxumun ən dadlı tikələri,
ən şirin damcıları
sanki bu kreslonun küncündə.

Bir lövhəyə baxıram,
hər şey qarmaqarışıq,
rənglər,kölgələr,xətlər-
hamısı qara,boz… Davamını oxu »

Bu yazı 117 dəfə oxunub

Aysel Əliyeva - şeirlər

Qarşımda ağ vərəq, əlimdə qələm,
Ürəyim doludur sözlə, kəlməylə.
Sıxır ürəyimi mənim qüssə, qəm,
Boşalda bilmirəm qəlbimi hələ.

Beynimdə narahat fikir, xəyallar,
Titrəyir qələmim, yaza bilməyir.
Nə qədər sözüm var, arzularım var,
Vərəqə yazmağa əlim gəlməyir. Davamını oxu »

Bu yazı 114 dəfə oxunub

Alik: “Qan ləkəsi”

Hamı yağışdan ora-bura qaçır, harada daldanacaqlarını bilmirdilər. Küçə tələsən adamlarla dolu idi. Leyla universitet kitabxanasında yubandığından evə bir az gec gedirdi. Tələbə dostları yəqin ki artıq evdə idilər. O isə yağışın altında avtobus gözləməyə məhkum idi. Kənardan baxanda gözəl bir mənzərə var idi, əsl şeytanların izləməyi xoşladığı bir mənzərə… Gözəl bir qız və yağış… Avtobus isə gəlmək bilmirdi.
Bu arada, sağ tərəfdən qara rəngli xarici bir maşın sürətini yavaşıdaraq yolun lap kənarına keçdi və dayanacağa yaxınlaşıb dayandı. Davamını oxu »

Bu yazı 157 dəfə oxunub

Seyid Ramin: “Qatıqlar, smetanlar və mAYOnezlər…”

Və ya laxtalanmış Qan Turalı haqqında

Azərbaycanda guya ki, çağdaş ədəbiyyat “yaradan” bir ocağ var. Bu AYO - Azad Yazarlar Ocağıdır. Bu ocağı ədəbiyyatda heç bir uğur qazana bilməyən iki-üç adam təsis edib. Rəhbəri də Şirvan rayonundan (keçmiş Əli Bayramlıdan yerli pendir satanlarla Bakı şəhərinə təşrif buyuran Rasim Qaraca olub. İndi olmasın!). Sonra gəzib-soraqlaşıb Bakıda və digər rayonlarda ruhi xəstələri, alkaşları, avaraları və iki üç sağlam adamı başlarına yığıb onlardan TÜRKÜN MƏSƏLİ yazar qayırıblar. Davamını oxu »

Bu yazı 175 dəfə oxunub

II Qismət: “Bir dəfə Amerikada…”

Azərbaycanca “Bir dəfə Amerikada” filminə baxanlar xatırlayar ki,Robert de Niro sən demə “əriştəymiş”.Tarantinonun “Kriminal qiraət”ində isə vəziyyət daha Azərbaycancaydı.Həddindən artıq söyüş olan filmdə belə söyüşlər eşitmək mümkün idi : “Meksikalılar durun mətbəxdən basın bayıra…” və ya “ Ay sənin daş qoyub kərpic kəsənini mən…”.
…Amma o özü də bilmədən Amerikadan danışarkən məncə həm də bu filmləri təzədən və düzgün formada dublyaj etmiş oldu. Söyüş söymədi,şişirtmədi sadəcə danışdı.Mən isə diktafonum olmadığından yaddaşıma güvənib susdum və çalışdım ki,hər sözü beynimə yazım.Görək necə alınıb. Davamını oxu »

Bu yazı 155 dəfə oxunub

Aqşin: Kаfkаnın «K.»sı, Böllün «Şniri» və Hеrisçinin «Əliхаnı»

Həmid Hеrisçinin «Əli. Ninо. Bаkı.» rоmаnı hаqqındа

Binаmızın qаbаğındаkı yаrımtikilinin uçuq-söküyünü tеlеvizоr, sоyuducu qutulаrıylа аltdаn-üstdən yаmаyıb içinə dоluşаn Qаrаbаğ qаçqınlаrının, kəsdikləri qurbаnlıq qоyunlаrın bоğаzındаn, öz аğlıkəsməz uşаqlаrının аlınlаrınа yахdıqlаrı qаn quruyub qаrаlmаğа mаcаl tаpmаmış, dövrümüzün еv dustаqlаrındаn biri kimi, əlimdə оlаn iki kitаbı, Hеnriх Böllün «Bir təlхəyin düşüncələri» və Həmid Hеrisçinin yеnicə işığа çıхmış «Əli. Ninо. Bаkı» rоmаnlаrını еyni gündə охuyub bitirdim. Davamını oxu »

Bu yazı 143 dəfə oxunub

Nahid - şeirlər

Nədənsə…

bu aralar hamı səni soruşur
kimi xatirələrimi bölüşür,
kimi həsrətimi.
yazdığım şerilərdə
səni tapmayan
şikayətə gəlir üstümə.
Sən olmayan şeirlərimdə
“bu sən deyiləsən” tənqidi ilə
üzləşirəm.
yoxluğunu soruşanlar… Davamını oxu »

Bu yazı 148 dəfə oxunub

II Qismətin yandırdığı kitabdan tələbələrinin seçdiyi şeirlər

 Bu gecə gecəni ağlamaq tutub

Güzgüdə, tavanda… Hər yerdə sənsən,
Hər yerə şəklini çəkib, bu gecə.
Gecə ulduzlardan yamaq-yamaqdir,
Gözünü min yerdən tikib bu gecə.

Mənim otağima kədər dolan gün,
Ümiddir… Günümü günə satiram.
Sən olan amma ki, sənsiz olan gün,
Mən ki,günəşdən də əvvəl batiram… Davamını oxu »

Bu yazı 1111 dəfə oxunub

Ziyad Quluzadə: “Mən özümü itirib yeni mənlər axtarmaq istəyirəm…”

 - Suallara keçmədən öncə özünü təqdim et.

- Ziyad Quluzadə.

- Sizin fikirinizcə hansı 5 şair və 5 yazıçı Azərbaycan ədəbiyyatını xaricdə təqdim edə bilər? Bir-birinizin adını yox, sizə qədər olan nəslin adını sadalayın.

            - Bəlkə də, belə bir cavab vermək olar. “Mən bütün yaradıcılığı ilə Azərbaycanı xaricdə təmsil edəcək insan tanımıram”. Bu mübahisə doğuran, bir çoxlarını qıcıqlandıran bir cümlədir. Elə isə, aydınlıq gətirim. Represiya olunmuş yazarlarımız və şairlərimizin dünya ədəbiyyatı səviyyəsində təqdim olunmalı bəzi əsərləri var. Bu istiqamətdə Hüseyin Cavidi və onun yaradıclığının müəyyən qismini götürərdim. Davamını oxu »

Bu yazı 141 dəfə oxunub

Günay Dağlı: “Qandal vücudum, qandal canımla”

Bir qandal edib bağlayaydılar,
Məni əlinə, ayağlarına.
Səni tuta biləydim qandal əlimlə,
Saxlaya biləydim təhlükələrdən
Düşüb əlinə, həm ayağına.
Sənin üçün yaşayıb mən ömür edəydim
Sən də qalaydın elə bu günümüzdə
Mən qocalıb dünyadan gedəydim
Sən yaşayaydın toyla, düyünlə. Davamını oxu »

Bu yazı 1149 dəfə oxunub

«Qum kəndir»-i kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan Yazıçılar Birliyinin üzvü Pərviz Yusifin «Qum kəndir»-i kitabının təqdimat mərasimi keçirilib. Tirajı 500 nüsxədən ibarət olan «Qum kəndiri» əsəri formaca klassik hekayətçi ədəbi jurnaldan fərqlənir. Kitabda müəllif müasir dövrdə hər tərəfdən hücum çəkən mürəkkəb şaxəli informasiya küyündən insanların sıxlığını, yorulduğunu böyük ustalıqla çatdırıb. Pərviz Yusif minimum sözlərdən istifadə etməklə nəhəng bir fikir ortaya qoyub.

Bu yazı 131 dəfə oxunub

Vüsal Nuru - şeirlər

Bülvarda portretə dönür bu gün…
Sahildə adamlar üzür,
Gəzir dənizdə balıqlar.
Sahildə uçur
Özünü qağayılara bənzədən yarpaqlar.
Qağayılar
dənizə tökülür.
Ağaclar sahildə lövər salıb.
Bitib dənizdə gəmilər. Davamını oxu »

Bu yazı 199 dəfə oxunub

Qəşəm Nəcəfzadənin İranda şeirlər kitabı çap olundu

Şair Qəşəm Nəcəfzadənin Tehranda “Yaşmaq “ yayım evində “Ölülər bizə gülür”adlı şeirlər kitabı nəfis şəkildə çap edilib. Nəşriyatın öz hesabına nəşr etdiyi bu kitaba şairin müxtəlif illərdə yazdığı şeirləri toplanıb. Kitabın redaktoru istedadlı şair və naşir Səid Muğanlıdır. Üz qabığının qurucusu Ayxan, şeirləri ərəb qrafikası ilə yazan və ön sözün müəllifi Səttar Mahmudoğludur. Kitab 132 səhifədən ibarətdir. Davamını oxu »

Bu yazı 153 dəfə oxunub

Günel Eminli: “İbadət”

- Ay qız, bayaqdan telefonu niyə götürmürsən? 100 dəfə zəng çalıb.
- Bağışlayın, Zəfər müəllim, istədi desin, yatmışdım, bir az pis çıxacağından qorxub, həm də heyvərə Zəfər müəllimin daha artıq hirsləndirmək fikrindən daşınıb, hamam otağında idim, əl-üzümü yuyurdum, eşitmədim – dedi.
- Cəhənnəmə eşit, həmişəki “heyvərəlik” repertuarında olan Zəfər müəllim davam etdi:
- Bu gün çıxışın var, saat 8-də.
- axı mənim bu gün istirahət günümdür,
- dedim bu gün çıxışın var. “Cəh-cəh” restoranında, gecikmə ha, sənin çıxışından sonra, tort gəlməlidir, sonra da yerli məşhur müğənnilərdən biri
Nilgün ürəyində düzəltdi:
- məşhur lotulardan biri Davamını oxu »

Bu yazı 190 dəfə oxunub

Əsmər: “Tənhalıq”

Qapıda mismar var
Və budur yanımdaca qədəh
Döşəmədə mismarlar ,
Və televiziya.
Tənha çarpayı
Və mənim əlimdə telefon
Döşəmədə it
Və tumbada nağd pulum
tam yalqızlıqda arzularım
Və mən sadəcə dayana bilmirəm
mən nə edə bilərəm ki, mən indi kiçik körpəyəm
Əgər işıqlar sönərsə, qapının çölündə
Külək inildərsə.. Davamını oxu »

Bu yazı 1213 dəfə oxunub

Xosrov solh konəndə(Barışan): “Gizlicə ağlayış…”

O gecə mən də ağladım,
Gizlicə!

Ey ana;
Sanma ki daşdır ürəyim.
O gecə mən də ağladım.
Bir ışıq şırıldadı
Gözlərimin damcısına.
Bir hüzün köçdü mənim şənliyimə.
Çökdü üzə baxışlarım.
Anladım onda boşun boşluğunu.
Ulduz-ulduz ışıldadım;
Zamanənin Davamını oxu »

Bu yazı 163 dəfə oxunub

Nahid: “Dəmir qapı”

Öz ailəsini yığıb bu il yay istirahətini hansı ölkədə keçirməyi aydınlaşdırırdı. Bir-birindən gözəl o qədər şəhər və ölkə var idi ki, onların arasında çaşıb qalmışdılar. Hər dəqiqə başı böyük oğlu:
- Ata, bəlkə, Italiyaya və ya Ingiltərəyə gedək? – Atasından səs çıxmayanda isə zarafatla, – Yaxşı, onda Alyaskaya gedək, – deyir və hamı birlikdə onun bu sözünə qəhqəhə ilə gülürdü.
Söz-söhbətlərdən sonra T sevincək şəkildə dilləndi:
- Deməli belə! Tapmışam! Biz bu yayı öz ölkəmizdə, Azərbaycanda keçirəcəyik. – Bu sözdən sonra hamı onun üzünə təcüblü şəkildə baxdı. T özünü itirməyərək sözünə davam etdi: – başa düşmədim, burda təəccüblü nə var ki? Öz ölkəmizin başqa ölkələrdən nəyi əksikdir. Biz beləyik də, özümüzə qiymət vermirik, ancaq özgələrinə elə hörmət, elə dəyər qoyuruq ki… Davamını oxu »

Bu yazı 184 dəfə oxunub

Alik: “Roman”

 Tanımadığım bir əyyaşla birgə tanımadığım bir qarının qəbir üstünə çiçəklər qoymağa getdim. Əyyaşın qarıya olduqca yazığı gəlirdi. Ümumiyyətlə bütün ölümlərin kədərli olduğu barədə danışdı, bütün ölümlərin onu kədərləndirdiyini dedi.

Günlərin birində sevdiyim qızı ötürərkən qabağımıza çıxdı və çoxdan tanıyırmış kimi doğmalıqla toyumuzu ən bahalı restoranda edəcəyini və toy üçün Los Ancelesdən limuzin gətirdəcəyini dedi. əvəzində isə cəmi 20 qəpik pul istədi. Qəribədir, azadlığın tamını bilən adamlar xoşbəxtliyi 20-cə qəpiyə satırlar. Görəsən xoşbəxtlik azadlıqdan çoxmu uzaqdadır?!…

            Həmin gün sevgilimlə birgə onun xoşbəxtliyinin bir hissəsinə 20 qəpik verdik və aldıq.  Bir gün onun azadlığına şərik olmaq üçün onu axtarmağa başladım. Davamını oxu »

Bu yazı 1128 dəfə oxunub

«Hеydər Əliyеv. Dеyilən söz yаdigаrdır» аdlı хаtirə nəşri çаp еdilib

 Dеkаbrın 12-i ümummilli lidеr Hеydər Əliyеvi аnım günüdür.

Bu münаsibətlə «Аtаtürk mərkəzi» «Hеydər Əliyеv. Dеyilən söz yаdigаrdır» аdlı хаtirə nəşri çаp еdib. Nəşrin tərtibçiləri isə «Mаhmud Kаşkаri Fоndu» nun icrаçı dirеktоru, şаir Еlхаn Zаl Qаrахаnlı və «Dünyа ədəbiyyаtı» dərgisinin bаş rеdаktоru, şаir Səlim Bаbullаоğlu, rеdаktоru  «Аtаtürk mərkəzi»nin dirеkоru, АMЕА-nın müхbir üzvü Nizаmi Cəfərоvdur.

          Хаtirə nəşrinə Hеydər Əliyеvin mirаs qоyduğu qiymətli sözlər və аfоrizmlər tоplаnmışdır. 5 000 tirаjlа çаp оlunаn kitаbçа  dеkаbrın 12-də Mеtrоpоlitеnin хətti ilə insаnlаrа pulsuz pаylаnmаq üçün nəzərdə tutulub.    

Bu yazı 129 dəfə oxunub

Şаir Səlim Bаbullаоğlu və Еlхаn Zаlın «ОN» şеirlər kitаbının təqdimаtı kеçirildi

 Dеkаbrın 10-dа  sааt 12-də Müаsir Incəsənət Mərkəzində şаir Səlim Bаbullаоğlu və Еlхаn Zаlın  «ОN» şеirlər kitаbının təqdimаtı kеçirildi.Təqdimаtı Аzərbаycаn Yаzıçılаr Birliyinin kаtibi, «525-ci qəzеtin» bаş rеdаktоru Rəşаd Məcid аpаrırdı.

 

«ОN» bəyаnаtı

 Kitаbdа hər bir müəllifdən оn şеir yеr аlаn kitаbdа аpаrıcı mеdiа- tеlеviziyа və qəzеt rəhbərlərinə müаciətən müəlliflərin imzаlаdıqlаrı «ОN» bəyаnаtı dа yеr аlıb. Bəyаnаtdа dеyilir:

 « Оn- bu günün tаriхidir, аdıdır, yəni, bugün dеkаbrın 10- dur. Оn- bu bizim hər birimizin bu kitаbçаyа və kitаbçа vаsitəsilə охucuyа еtibаr еtdiyimiz şеirlərimizin sаyıdır. Davamını oxu »

Bu yazı 141 dəfə oxunub

Samuel Vanyan: “Qaraqanın “A” romanı haqqında (tez-tələsik) yazı

HOST-un ide”A”logiyasi…
Elxan Qaraqanin yaxin vaxtlarda “A” romani ishiq uzu gordu. Bu roman chox az bir muddetde kitabseverler ve kitabsevmezler arasinda ses-kuye sebeb oldu. Yayilan qeyri resmi melumatlara gore hetta Bakida Qaraqanin kitablarinin satishi dedektiv yazichi Chingiz Abdullayevin Azerbaycan diline tercume edilen kitablarinin satishindan sonra reytinqde ikinci pillede oldu. Bu da bir sevindirici hal. Qoy olsun, neynek. Belke de Qaraqanin “A” romaninin bu satish reytinqi onun mehshur H(ava)O(d)S(u)T(orpaq) rep qrupunun uzvu olmasina gore bele oldu. Davamını oxu »

Bu yazı 1145 dəfə oxunub

Vidadi Arif - qəzəllər

Ey könül, hərgah yar istərsən aram istəmə,
Gərçi aram istədin yari-dilaram istəmə.

Çün sərəncamında azdır mərhəmət məhrulərin,
Az umarlar azdən sən çox sərəncam istəmə.

Eşqdə aşiqlərin ənamı yalnız cövrdir,
İxtiyarın var isə bir böylə ənam istəmə. Davamını oxu »

Bu yazı 172 dəfə oxunub

Ayna: “Şəhər”

Üzünə yağışlar yağan şəhər,
Yağışdan islanmış,dizləri bükülmüş şəhər
Yetim bir uşaq tək üzümə baxan şəhər,
Bir gənc ürəyini yaran şəhər
“səninəm”_deyən dilimi kəsən şəhər,
Gəncliyimi,gəncliyimdən asan şəhər
Küçələri qan ilə yuyan şəhər,
Bir dünya qəm,kədər,ən əsas qan sevən şəhər.

Bu yazı 192 dəfə oxunub

Coşğun Cəfərzadə: “Bizlərdə futbol…”

( Mənsur şeir )
… Təsadüfən yolum məktəbimizin yaninda yerləşən stadiyondan düşmüşdü. Baxdım ki, iki üç qadın stadiyonun ortasında belə qaçır, belə qaçırlar… öz-özümə düşündüm ki, bu qadınların stadiyonda nə işi var?! Bir az irəli yerimişdim ki, baxdım bir dəstə oğlan talpa davasına çıxıblar… O, buna söyür, bu ona söyür… Hamı bir birinə qarışıb… Ayaqlarında kişi ayaqqabısı olan qadınlar isə “bəsdirin , yetərin…” deyərək döyüşənlərin üstünə gedirlər… Amma onları dinləyən kimdi… Davamını oxu »

Bu yazı 173 dəfə oxunub

II Qismət - (yeni) şeirlər

Bomj, Füzuli və ölü siçanlar

Həyat
onun gözlərində
zibillikdən tapdığı
almanın dişlək yeri qədər boş

o hər gün tapdığı almalar qədər tox,
diləndiyi qəpiklər qədər sərxoş.
Saqqalı
qızların mini ətəklərindən uzun,
ümidsizliyindən qısa…
bugün sümük tapanıdı yanındakı itin
sabah sümüyü. Davamını oxu »

Bu yazı 1175 dəfə oxunub

Sevinc Mürvətqızı - şeirlər

Sənin qara gününün acığına

Sənin qara günün
Ağartdı saçlarımı,
Göy əskiyə bükdü günümü,
Saraltdı gözlərimin kökünü,
İndi qırmızı-qırmızı yaşayıram
Bomboz ömrü-
sənin qara gününün acığına… Davamını oxu »

Bu yazı 1155 dəfə oxunub

Qleb Şulpyakov - «Palıd qozası» kitabından şeirlər

(1971) 90-cı illərdə ədəbiyyata gəlmiş tanınmış rus şairidir. Əsərləri «Arion», «Novıy mir», «Drujba narodov», «İnterpoeziya» və başqa populyar jurnallarda çap olunub. «Puşkin Amerikada» pyesinə görə «İştirak edənlər-2005, poeziya üzrə «Triumf» mükafatlarını alıb.

«Palıd qozası» kitabından

* * *

Ortaboy, eynəkli, saqqallı kişi
yanımda, yad dildə dinməz sözləri
üyüdür balıqtək altında Ayın,
yatmıram, yatmırsan, gic gedir başım -
doğurdan məndə bir iş var deməli,
budaqda quş idim, bayquşam indi; Davamını oxu »

Bu yazı 1117 dəfə oxunub

Səlim Babullaoğlu: “Eşq və ağıl poeması”

(Elxan Zalın «Yaquar yerişli vaxt» kitabı üçün son söz yerinə yazılmış bir yazı)

Elxanın da formalaşdığı ötən əsrin 90-cı illərindən bu yanakı çağdaş poeziyamızda Əlismid Kür şeirimizə gətirdiyi əsəbilik , Adil Mirseyid hüzn və melanxoliya, Kəramət mühacirət stixiyası , Əjdər Ol yüksək vətəndaşlıq plakatları, Həmid Herisçi metaforik vizuallıq, Murad Köhnəqala arxaik metafizika, Salam ironiya, Rasim Qaraca eksperimentalizm, Azad Yaşar konseptualizm, Qulu Agsəs xəlqi modernizmi ilə yadda qalacaq. Əlbbəttə, sadalan keyfiyyətlər həmin yazarların yalnız bir keyfiyyətini ifadə edir, üstəgəl bu siyahını mövcud şairlərin sayı qədər böyütmək daha dolğun və ədalətli görünə bilər. Amma mən elə əlamətləri sadaladım ki,onların hamısına Elxan Zalın şeirlərində rast gəlinir. Davamını oxu »

Bu yazı 150 dəfə oxunub

Balayar Sadiq: “Bənzərsiz poeziya”

40 rəqəmi mifik düşüncədə sirr qapısıdır. 40-cı qapının o üzündə nəyin olduğunu bilmək marağı həmişə diridir.
Səlim Babullaoğlunun fotoqraf İlyas Göçmənin 40 şəklinə yazdığı 40 şeirinin qapısını döydüm. Öncə şəkillərin “buyurun” dediyini eşitdim. Və demək yerinə düşər ki, bu forma, yəni şeirlə-şəklin sintezi çağdaş ədəbi məkanımızda yeni hadisədir.
Səlimin şeirlərində zaman, vaxt, insan ömrünün müxtəlif məqamları fəlsəfi kodlar halındadır. Bu şeirlər böyük poetik enerci daşıyıcısıdır. İndiki ədəbi mühitdə Səlimin poeziyası öz legitimliyi ilə seçilir. Davamını oxu »

Bu yazı 152 dəfə oxunub
Köhnə yazılar »